Pakistan Baş naziri Azərbaycana qarşı son hücumlarla bağlı narahatlığını ifadə edib
İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların 3-ü evə buraxılıb
İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
21:41
532
“ABŞ və İsrailin İrana qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar regiondakı balansı pozur və bu, həm bölgə ölkələri, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır”.
Bu fikirləri deputat Müşviq Cəfərov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə hərbi əməliyyatların davam etməsi neft bazarlarında böhran yarada və bölgədə potensial miqrasiya dalğasına səbəb ola bilər: “Regionda qeyri-sabitliyin artması Türkiyə və digər qonşu ölkələr üçün də təhlükə yaradır və baş verən proseslər qlobal güc balansına təsir göstərə bilər.Bu baxımdan Türkiyənin tərəflər arasında vasitəçilik rolu həm humanitar, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Türkiyənin diplomatik səyləri bölgədə gərginliyin azaldılmasına və dialoqun təşviqinə töhfə verə bilər.Türkiyənin beynəlxalq arenada fəal rol oynayaraq bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüslər göstərməsi vacibdir.
Onun sözlərinə görə, hazırda Türkiyə münaqişə fonunda tərəfsiz mövqe tutaraq regional sabitliyi qorumağa və milli təhlükəsizliyini təmin etməyə çalışır.
Günel Elxan