Emin Əmrullayev təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib
Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib
Naxçıvan aeroportuna hücumla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib
AÇG-də ilk sərbəst qaz hasilatına nə vaxt başlanacağı məlum olub
BP: Azərbaycan-Gürcüstan-Türkiyə regionundakı obyektlər 99% etibarlı səviyyədə çalışır
12:27
1 232
İtaliya parlamentində bəzi deputatlar ölkənin ABŞ və İsraildən uzaqlaşmasını, həmçinin Vaşinqtona qarşı sanksiyalar tətbiq etməsini təklif ediblər.
Xalqcebhesi.az xəbər verir ki, “Politico”nun məlumatına görə, “5 ulduz hərəkatı”nın deputatı Arnaldo Lomuti hökuməti ABŞ-a sanksiya tətbiq etməyə və İrana hərbi yardım paketi təqdim etməyə çağırıb. O, bu fikirləri İtaliya parlamentində keçirilən debat zamanı səsləndirib.
Debat zamanı digər deputat Angelo Bonelli isə baş nazir Giorgia Melonini ölkəni müharibəyə cəlb etməkdə ittiham edib. Onun sözlərinə görə, İtaliya ərazisinə gələn hərbi təyyarələr texniki xidmət və ya digər məqsədlərlə istifadə olunsa da, sonradan müharibə bölgələrində bombardman əməliyyatlarında iştirak edir.
Bonelli bildirib ki, hərbi logistika dəstəyi faktiki olaraq müharibədə iştirak deməkdir və bununla razılaşmadıqlarını vurğulayıb.