Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini vurduqlarını iddia edirlər
Çempionlar Liqasında ən çox qol vuran və oyun keçirən türk futbolçular bəlli oldu
DİM sədri: İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil
TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı vaksindən istifadə olunur
10 Mart 21:08
2 716
Livanda atəşkəsin bərpa olunacağı ehtimalı çox zəif görünür.
Bunu politoloq Şakir Ağayev “Xalqcebhesi.az”-a açıqlamasında deyib.
O bildirib ki, İsrail hazırkı mərhələdə hərbi əməliyyatları dayandırmaq niyyətində deyil:
“Yadınızdadırsa, bundan əvvəl Livanla bağlı müəyyən danışıqlar aparılmışdı. Amma mövcud vəziyyət göstərir ki, İsrail atəşkəsə getməkdə maraqlı deyil. Çünki Baş nazir Benjamin Netanyahu hakimiyyətini qorumaq üçün müxtəlif bölgələrdə müharibə siyasətini davam etdirir. Müharibələr nə qədər davam edərsə, Netanyahunun hakimiyyətdə qalma ehtimalı da bir o qədər artır. Bu baxımdan yaxın zamanda hər hansı atəşkəsdən danışmaq çətindir”.
Politoloq qeyd edib ki, Avropa İttifaqının bu proseslə bağlı çağırışlarının da real təsir gücü yoxdur: “Artıq Avropa İttifaqının sözünü beynəlxalq siyasətdə əvvəlki kimi ciddi qəbul edən yoxdur. Bu qurumun qlobal proseslərə təsir imkanları xeyli zəifləyib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallasın səsləndirdiyi çağırışların da regiondakı balansı dəyişəcəyini düşünmürəm. Beynəlxalq münasibətlərdə sözün təsirli olması üçün arxasında ciddi güc dayanmalıdır”.
Günel Elxan