İran komandanlığı Yaxın Şərqdə ABŞ və İsrail banklarına zərbə endirəcəklərini bildirib Gündəm

İran komandanlığı Yaxın Şərqdə ABŞ və İsrail banklarına zərbə endirəcəklərini bildirib

İran bankına edilən hücuma cavab olaraq, İran Yaxın Şərqdə ABŞ və İsrail maliyyə mərkəzlərinə zərbə endirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının nümayəndəsi Xatəm əl-Ənbiya bildirib.

İranın dövlət televiziyası onun sözlərini sitat gətirib: "Dünən gecə ABŞ və sionist rejimin (yəni İsrail) terrorçu ordusu hərbi məqsədlərinə çata bilməyərək ölkənin banklarından birinə hücum etdi. Bu qanunsuz hərəkətlə düşmən bizim ABŞ və sionist rejiminə məxsus iqtisadi mərkəzlərə və regiondakı banklara zərbə endirməyimizin yolunu açdı".