13 Mart 17:01
3 220
ABŞ İranın nüvə imkanlarını neytrallaşdırmaq üçün geniş spektri əhatə edən tədbirləri nəzərdən keçirir və bu zaman İran tərəfinin bu işləmələrdən könüllü imtina etməsi ehtimalını da istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bəyanat verib. Pentaqon rəhbəri jurnalistin ABŞ-ın İranın nüvə yanacağını ələ keçirməyə hazır olub-olmaması barədə sualını cavablandırarkən deyib:
"Prezident İranın nüvə imkanlarına fokuslanıb. Bizim əlimizdə bir sıra variantlar var — hətta İranın bunlardan imtina etmək qərarına qədər ki, biz bunu alqışlayardıq (hərçənd danışıqlar zamanı onlar buna hazır deyildilər). Mən dünyaya konkret nə etməyə hazır olduğumuzu və ya nə qədər irəli gedə biləcəyimizi heç vaxt deməyəcəyəm, lakin variantlarımız, şübhəsiz ki, mövcuddur".
Məryəm Quliyeva
10:35
910
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358