19:35
630
“Uşaqların həm fiziki, həm də mənəvi sağlamlığının qorunması təsadüfi proses deyil və bu istiqamətdə sistemli yanaşma vacibdir”.
Onun sözlərinə görə, yalnız maarifləndirmə ilə kifayətlənmək düzgün deyil, konkret və işlək addımlar atılmalıdır: “Fiziki inkişaf üçün idmanın əlçatanlığı artırılmalı, məktəblərdə idman dərsləri formal yox, real şəkildə təşkil olunmalıdır. Rayonlarda pulsuz idman zalları yaradılmalı, uşaqlar telefonlardan uzaqlaşdırılaraq aktiv həyata yönləndirilməlidir. Sağlam qidalanma məsələsi də xüsusi diqqətdə saxlanmalıdır. Məktəb bufetlərində zərərli qidalar və qazlı içkilər qadağan olunmalı, valideynlər üçün maarifləndirici proqramlar təşkil edilməlidir. Bununla yanaşı, uşaqların fiziki və psixoloji sağlamlığı paralel şəkildə izlənilməlidir.
Məktəblərdə psixoloji xidmətlər formal xarakter daşımamalı, hər bir təhsil müəssisəsində real işləyən psixoloqlar fəaliyyət göstərməlidir. Aqressiya və depressiya kimi hallar erkən mərhələdə aşkar olunmalıdır”.
Onun fikrincə, mənəvi inkişaf baxımından valideynlərin rolu həlledicidir:
“Valideyn uşağa yalnız nəzarət edən yox, onu düzgün tərbiyə edən şəxs olmalıdır. Uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, hətta tərbiyə məqsədilə belə, yolverilməzdir və cəzalandırılmalıdır. Təhsil sistemində yaddaşa əsaslanan modeldən uzaqlaşaraq düşüncəyə yönəlmiş yanaşma tətbiq olunmalıdır. Şagirdlərdə analitik düşüncə, problem həll etmə bacarıqları və həyat vərdişləri inkişaf etdirilməlidir.
Gənclərin peşə və ixtisas seçimində düzgün istiqamətləndirilməsi üçün karyera məsləhətçilərinin fəaliyyəti genişləndirilməlidir. Uşaqların sağlam inkişafı üçün dövlət, məktəb və valideyn üçbucağı paralel və effektiv fəaliyyət göstərməlidir:
“Əgər bu üç istiqamət uzlaşmış şəkildə işləməzsə, heç bir islahat real nəticə verməyəcək”.
Günel Elxan
19:38
616
18:44
707
16:32
1 169