Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
19 Mart 08:47
7 154
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Ramazan və Novruz Bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər! Sizi qarşıdan gələn Ramazan və Novruz Bayramı münasibətilə təbrik edirəm!
Nadir hallardan biridir ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində önəmli yerə sahib olan Ramazan və Novruz Bayramı eyni zamana təsadüf edir.
Kifayət qədər cəsür və eyni zamanda mərhəmətli Azərbaycan xalqının mənəvi dəyərlərinin bir parçası olan, insanlara Allah sevgisi aşılayan Ramazan nəfslə sınaq, səbr və mərhəmət ayıdır.
Xalqımızın qədim tarixinin, köklü adət-ənənəsinin bariz nümunəsi olan Novruz Bayramı isə təbiətin oyanışını, insanların həmrəyliyini, paylaşmağı, barışı özündə ehtiva edən milli mədəniyyətimizin ayrılmaz hissəsidir.
Dəyərli həmvətənlər!
Bir daha Sizi təbik edir, Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyir, hər birinizə möhkəm cansağlığı, rifah və uğurlar arzulayıram!”.
11 Sentyabr 19:39
784
11 Sentyabr 17:47
826
11 Sentyabr 14:25
980