10:18
595
“Yaxın Şərqdə artan gərginlik qlobal güclər üçün müxtəlif geosiyasi nəticələr doğurur və bu prosesdə Rusiyanın mövqeyi xüsusi diqqət çəkir. Regionda təhlükəsizlik risklərinin artması enerji bazarlarında qeyri-müəyyənliyi gücləndirdiyi üçün bu vəziyyət Moskvanın enerji ixracı imkanlarını genişləndirə bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirovun sözlərinə görə, xüsusilə Asiya bazarında Rusiyanın neft və qazına marağın artması, eyni zamanda, Çinlə enerji əməkdaşlığının genişlənməsi Kremlin qlobal enerji siyasətində mövqeyini daha da möhkəmləndirə bilər: “Bu baxımdan Yaxın Şərqdəki böhran yalnız regional münaqişə deyil, həm də Rusiyanın enerji diplomatiyası üçün yeni imkanlar yaradan amil kimi qiymətləndirilir”.
Siyasi şərhçi əlavə edib ki, digər tərəfdən, regionda Qərbin diqqətinin və resurslarının Yaxın Şərqə yönəlməsi Moskva üçün siyasi baxımdan da müəyyən üstünlüklər yarada bilər: “Belə bir vəziyyətdə Rusiya həm Ukrayna müharibəsi ilə bağlı beynəlxalq gündəmin qismən dəyişməsindən faydalana, həm də Çin və “qlobal cənub” ölkələri ilə əməkdaşlığını gücləndirə bilər. Bu isə Kremlin qlobal geosiyasi balansda daha manevrli siyasət yürütməsinə imkan yaradır və Moskvanın özünü alternativ güc mərkəzi kimi təqdim etmək strategiyasını gücləndirir”.
Röya İsrafilova
10:02
588
08:47
2 009
18 Mart 23:52
1 134