12:08
1 127![]()
İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, Vaşinqtonun Tehranla hərbi münaqişəyə görə xərcləri trilyonlarla dollara çatacaq.
Xalqcebhesi.az xəbər verir ki, o, Pentaqonun İrana qarşı əməliyyatı davam etdirmək üçün 200 milyard dollardan çox vəsait almaq niyyəti barədə "The Washington Post" qəzetinin paylaşımını "X" sosial şəbəkəsində şərh edib.
"Bu 200 milyard dollar aysberqin yalnız görünən tərəfidir", — deyib.
Əraqçinın sözlərinə görə, sıravi amerikalılar ABŞ iqtisadiyyatına zərbə vuracaq trilyonluq "İsrailin xeyrinə vergi"yə görə İsrailin Baş naziri Benyamin Netanyahuya və onun Konqresdəki tərəfdarlarına "təşəkkür" edə bilərlər.
Ağ Ev yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett martın 15-də "CBS" telekanalına müsahibəsində bildirmişdi ki, Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresdən əlavə maliyyə tələb olunub-olunmaması məsələsinə baxır. Onun sözlərinə görə, ilk bir neçə gün ərzində ABŞ hərbi əməliyyatlara təxminən 12 milyard dollar xərcləyib.
Məryəm Quliyeva