22:25
602
“Dövlət qulluqçularının əməkhaqqı strukturunda nəzərdə tutulan dəyişikliklər əməkhaqqı sisteminin sadələşdirilməsi və şəffaflığın artırılması baxımından qiymətləndirilir”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli “Xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, bu dəyişikliklər texniki xarakter daşısa da, mühüm üstünlüklərə malikdir: “Yeni model əməkhaqqı sistemində şəffaflığı artırır, hesablamaları asanlaşdırır və müqayisəliliyi sadələşdirir. Əvvəlki sistemdə maaşlara müxtəlif amillərə – iş şəraiti, staj və digər göstəricilərə görə əlavələr tətbiq olunurdu və bu da sistemi mürəkkəbləşdirirdi. Yeni yanaşmada isə bu əlavələr vahid baza maaşına daxil edilərək daha aydın və rahat hesablana bilən mexanizm formalaşdırılır”.
Xalid Kərimli vurğulayıb ki, bu dəyişiklik büdcə planlaşdırılması baxımından da müsbət nəticələr verir və maliyyə idarəçiliyini asanlaşdırır: “Bununla yanaşı, o bildirib ki, əvvəlki sistemdə bəzi əlavələr performans və nəticələrə görə verilirdi və bu, motivasiya yaradırdı. Yeni modeldə isə əməkhaqqının standartlaşması müəyyən hallarda əlavə həvəsi zəiflədə bilər. Baza maaşının sabitləşməsi pensiya sisteminə də müsbət təsir göstərə bilər. Belə ki, daha stabil əməkhaqqı fonunda pensiya fonduna ödənişlər artır və bu da gələcək sosial təminat baxımından əhəmiyyətlidir”.
Ümumilikdə, ekspertin fikrincə, dəyişikliklər əməkhaqqı sisteminin sadələşdirilməsi və şəffaflığın artırılması baxımından müsbət qiymətləndirilsə də, motivasiya amilinin qorunması vacib olaraq qalır.
Günel Elxan
23:01
483
21:47
595
21:43
749