Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
22 Mart 10:56
3 535
“İranın sərt ritorikası, ilk növbədə, real hərbi balansdan çox siyasi və psixoloji müstəvidə aparılan mübarizənin göstəricisidir. Tehran bu mərhələdə açıq müharibədən daha çox qarşı tərəfin qərarvermə iradəsini zəiflətməyə çalışır. Yəni məqsəd ABŞ və İsraili birbaşa geri çəkilməyə məcbur etmək deyil, onları uzunmüddətli, baha başa gələn və nəticəsi qeyri-müəyyən olan prosesə cəlb etməkdir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, bu baxımdan sərt bəyanatlar həm də vaxt qazanmaq alətidir: İran daxildə idarəetmə boşluqlarını kompensasiya etməyə, hərbi resurslarını yenidən təşkil etməyə və regional proksi imkanlarını aktiv saxlamağa çalışır: “Bu, klassik güc nümayişindən çox “müqavimət strategiyası”dır və burada əsas hədəf qalib gəlmək yox, qarşı tərəfin strateji yorulmasına nail olmaqdır”.
Z.Qarayevanın sözlərinə görə, digər tərəfdən, İranın kompromisdən uzaq görünməsi, əslində, onun seçimlərinin məhdudluğu ilə bağlıdır: “Mövcud vəziyyətdə geri addım atmaq rejim daxilində parçalanmanı sürətləndirə və siyasi legitimliyi sarsıda bilər. Bu səbəbdən Tehran üçün sərt mövqe yalnız xarici siyasət xətti deyil, həm də daxili sabitliyin qorunması mexanizmidir. Lakin bu yanaşma risklidir: idarəetmənin qeyri-mərkəzləşdirilməsi və sahə komandirlərinə geniş səlahiyyət verilməsi münaqişəni daha az nəzarət olunan mərhələyə keçirə bilər. Bu isə lokal toqquşmaların genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalını artırır və regionu uzun müddət qeyri-sabitlik zonasında saxlayır”.
Röya İsrafilova
16 Oktyabr 17:33
1 015
16 Oktyabr 16:49
1 057
16 Oktyabr 15:19
903