10:33
777
Yaxın Şərqin geopolitikasının bir daha əvvəlki kimi olmayacağı aydındır. İran rejimi ayaqda qalacaqsa, qarşıdurmanın daha da dərinləşəcəyi də aydındır. Bundan sonra İran nə etsə də ərəb ölkələri ilə normal münasibət qura bilməz, çünki çox qırmızı cizgilər keçilib. İsraillə isə heç olmayacaq. Artıq hər kəs müharibə dövründə kimin kim olduğunu, ABŞ da daxil kimin nəyə qadir olduğunu görür.
Xalqcebhesi.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Təbii ki, bu, İran rejiminin ayaqda qalması durumunda keçərli olacaq, əks halda digər məsələlər aydındır.
Trampın müharibəyə beş günlük ara verməsi isə İranla danışıqlar məsələsi deyil. Bu, ərəb ölkələrinə verilən vaxtdır. Ərəblər yaxşı bilirlər ki, İran rejimi ayaqda qalsa heç nə əvvəlki kimi olmayacaq. ABŞ-a da, onun müdafiəsinə də inam olmayacaq. Onlar gələcəkdə İranla baş-başa qalacaqlar. Ya əksəriyyətinin qəbul etmədiyi Türkiyənin ümidinə qalacaqlar, ya da Çinin. Ona görə də İran məsələsini indi həll etmək onlar üçün ən məqbuludur" - Politoloq deyib.
O, qeyd edib ki, Trampın da müharibənin davam etməsi üçün şərtləri bəllidir. İndi ərəblər bu şərtlər barəsində müzakirə etməlidirlər ki, kim nə qədər pul verəcək:
"İsrail isə öz planlarının həyata keçirilməsi üçün axıra kimi gedəcək. İranın atdığı raketlərin zərəri İsrailin vurduğu zərbələrdən qat-qat zəifdir. Əgər atılan iyirmi raketdən ikisi İsrail ərazisinə düşürsə, bunun da ən azı birinin İsrailin özünün imkan yaratdığını hesab edirəm, onda məsələ aydın olur. İranın isə bir neçə günə məğlub olmasını gözləmək də sadəlövhlük olardı. İranı əsas müharibədən sonra çətin günlər gözləyəcək".
Cavid
11:29
224
10:39
693
24 Mart 17:49
1 078