Nazir: Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
QDTİB prezidenti: Bank 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya üzərində işləyir
Sahil Babayev: QDTİB regionun dayanıqlığını qoruyub saxlayıb
Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib
28 Mart 15:41
5 103
ABŞ və İran arasında danışıqlar üçün zəmin hazırlanması istiqamətində gərgin iş aparılır, lakin İsrail bu prosesi daim pozur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən "Stratcom 2026" Strateji Kommunikasiya Sammitində bəyanat verib.
"Bu danışıqların aparılması üçün baza yaradılmalıdır. Pakistanlı qardaşlarımızın bu məsələdə səriştəli iş görəcəklərinə şübhə etmirik. Lakin həm müharibədən əvvəl, həm də hərbi əməliyyatlar başlayandan bəri görürük ki, hər bir danışıq cəhdini, dialoq kanallarının açılması üçün hər bir səyi sabote edən İsrail, son günlərdə öz hücumları ilə bu təşəbbüsləri sarsıtmaq və ləğv etmək üçün yenidən böyük səy göstərir", — deyə Kalın bildirib.
O qeyd edib ki, Türkiyə dialoqa keçidi təmin etmək və danışıqlar üçün zəmin hazırlamaq üçün bir neçə gündür intensiv çalışır. "Bizdən hər gün danışıqların olub-olmayacağı, platformanın təşkil edilib-edilməyəcəyi soruşulur. Biz bu məsələdə pakistanlı qardaşlarımızın köməyini və təşəbbüsünü tam dəstəkləyirik", — deyə o əlavə edib.
Məryəm Quliyeva