18:56
546
Fələstin Prezident Administrasiyası İsrail parlamenti Knesset tərəfindən Fələstin məhbuslarının edamına imkan verən qanunun təsdiqlənməsini qətiyyətlə pisləyir və bunu beynəlxalq humanitar hüququn açıq pozuntusu kimi qiymətləndirir.
Fələstin dövlətinin Azərbaycandakı səfirliyindən xalqcebhesi.az-a daxil olan məlumatda deyilir:
- Bazar ertəsi günü verilmiş bəyanatda Prezident Administrasiyası qeyd edir ki, bu qanun Dördüncü Cenevrə Konvensiyasının, xüsusilə fərdlərin qorunması və ədalətli məhkəmə təminatları ilə bağlı öhdəliklərin açıq pozuntusudur, həmçinin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın da pozulmasıdır.
Prezident Administrasiyası vurğulayır ki, bu qanun Fələstin xalqına qarşı müharibə cinayətidir və Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin ərazilərində İsrailin getdikcə artan siyasət və tədbirlərinin daha geniş kontekstinə daxildir..
Bəyanatda qeyd edilir ki, bu cür qanun və tədbirlər Fələstin xalqının iradəsini qırmayacaq, onların əzmini zəiflətməyəcək və azadlıq, müstəqillik uğrunda, Şərqi Qüdsü paytaxt olaraq qəbul edən müstəqil Fələstin dövlətinin qurulması istiqamətində qanuni mübarizələrini davam etdirməkdən çəkindirməyəcək.
Prezident Administrasiyası həmçinin İsraili Fələstin məhbuslarının edamını mümkün edən qanundan imtina etməyə çağıran bir sıra Avropa ölkələrinin bəyanatını alqışlamış və bu mövqenin beynəlxalq hüquq prinsiplərinə uyğun olduğunu qeyd etmişdir.
O, beynəlxalq ictimaiyyəti bu pozuntuları dayandırmaq, İsraili məsuliyyətə cəlb etmək və Fələstin xalqına qarşı davam edən cinayətlərinə, o cümlədən işgəncə, təcrid və həbsxanalarda məhbusların sistemli öldürülməsinə görə sanksiyalar tətbiq etmək üzrə hüquqi və humanitar öhdəliklərini yerinə yetirməyə çağırır.
Prezident Administrasiyası həmçinin bu cür irqçi qanunların təhlükəli nəticələrindən xəbərdar edib, onların gərginliyi artıraraq bölgədə təhlükəsizlik və sabitlik perspektivlərini təhdid edə biləcəyini bildirib. Fələstinli məhbuslar məsələsinin prioritetlərinin başında qalacağını bir daha təsdiqləyərək, onların qorunmasını, azadlığa buraxılmasını təmin etmək və onlara qarşı cinayətlərdə məsul olanların məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxalq səviyyələrdə işləməyə davam ediləcəyi vurğulayıb.
Cavid