Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
1 Aprel 15:59
3 850
Hörmüz boğazının bağlanmasına həsr olunmuş təhlükəsizlik konfransı bu həftə baş tutacaq.
Xalqcebhesi.az xəbər verir ki,bu barədə keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
"Böyük Britaniya Fars körfəzində dəniz təhlükəsizliyinə birgə nail olmaq niyyətimiz barədə bəyanatımız ətrafında 35 ölkəni birləşdirib. Bu gün elan edə bilərəm ki, bu həftənin sonunda Xarici İşlər naziri İvett Kuper ilk dəfə olaraq həmin ölkələri bir araya gətirəcək iclas keçirəcək. Orada biz gəmiçilik azadlığını bərpa etmək, bloklanmış gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək və həyati vacib malların hərəkətini yenidən başlatmaq üçün qəbul edə biləcəyimiz real diplomatik və siyasi tədbirləri müzakirə edəcəyik", — deyə hökumət başçısı bəyan edib. Onun çıxışı Sky News telekanalı vasitəsilə yayımlanıb.
Starmer əlavə edib ki, bu görüşdən sonra "hərbi planlaşdırıcılar bir araya gələrək, hərbi əməliyyatlar bitdikdən sonra Hörmüz boğazının əlçatanlığını və təhlükəsizliyini təmin etmək üçün imkanların səfərbər edilməsi məsələsini araşdıracaqlar".
Məryəm Quliyeva
30 İyun 17:36
1 743
30 İyun 16:28
1 442
30 İyun 16:25
1 505