Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
6 Aprel 11:24
2 835
İran və ABŞ Pakistan tərəfindən hazırlanan və təklif edilən hərbi əməliyyatların dayandırılması planını qəbul ediblər. Bütün müddəalar aprelin 6-da razılaşdırıla bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd iki mərhələli yanaşmanı nəzərdə tutur: dərhal atəşkəs və ardınca hərtərəfli sazişin bağlanması. Ehtimal olunur ki, barışıq Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dərhal bərpasına imkan verəcək. Yekun razılaşma 15-20 gün ərzində əldə edilə bilər. Agentlik yazır ki, bu razılaşmanın sanksiyaların yumşaldılması və xarici aktivlərin dondurulmasının açılması müqabilində Tehranın nüvə proqramına məhdudiyyətləri daxil edəcəyi gözlənilir.
Mənbə qeyd edib ki, ilkin razılaşmalar Pakistanın vasitəçiliyi ilə razılaşdırılmış memorandum şəklində rəsmiləşdirilə bilər. Pakistan tərəflər arasında əsas əlaqə kanalı rolunu oynayır. Hazırda ABŞ və İran nümayəndələrindən rəsmi şərh daxil olmayıb.
Məryəm Quliyeva
30 İyun 17:36
1 533
30 İyun 16:28
1 253
30 İyun 16:25
1 302