Tramp İranda 47 illik dövrün sonunu elan etdi Gündəm

Tramp İranda 47 illik dövrün sonunu elan etdi

ABŞ Prezidenti Donald Tramp bu gecə "bütöv bir sivilizasiyanın məhv ola biləcəyini" və onu geri qaytarmağın mümkün olmayacağını ehtimal edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" səhifəsində İrana verilən ultimatimun müddətinin başa çatmasını bu cür şərh edib.

"Bu gecə bütöv bir sivilizasiya məhv ola bilər və onu bir daha heç vaxt geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, belə də olacaq", — deyə Tramp yazıb.

Bununla belə, o qeyd edib ki, İranda "rejim dəyişikliyi" baş verib və ön plana "daha ağlabatan və az radikal qüvvələr" çıxır. Bununla əlaqədar "həqiqətən inqilabi dərəcədə gözəl bir şey" baş verə bilər.

ABŞ prezidentinin sözlərinə görə, hər şey dünyanın uzun və mürəkkəb tarixində "ən vacib anlardan biri" olacaq bu gecə bəlli olacaq. Tramp iddia edir ki, 47 illik hədə-qorxu, korrupsiya və zülm "başa çatacaq". O, həmçinin Tanrıdan "böyük İran xalqına" xeyir-dua verməsini diləyib.

Məryəm Quliyeva