16:57
889
Birləşmiş Ştatlar İrandakı hərbi vəzifələrini əsasən yerinə yetirib və müharibə tezliklə başa çatacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə keçirilən mətbuat konfransında bəyanat verib.
"ABŞ hərbi vəzifələrini əsasən icra edib. Hələ etmək istədiyimiz bəzi şeylər var. Məsələn, İranın silah istehsal etmək qabiliyyəti üzərində hərbi baxımdan bir az daha işləmək istərdik. Lakin bütövlükdə ABŞ-ın hərbi hədəfləri tamamlanıb. Bu o deməkdir ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın dediyi kimi, çox tezliklə bu müharibə yekunlaşacaq", - deyə Vens qeyd edib.
Məryəm Quliyeva