07:54
1 554
Pakistan hakimiyyəti yaxın günlərdə Birləşmiş Ştatlar və İran arasında danışıqların ikinci raundunun İslamabadda keçirilməsini təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, adının açıqlanmasını istəməyən rəsmi şəxslər bildirirlər ki, bu təklif tərəflərin danışıqlar üçün başqa bir yer tələb edib-etməyəcəyindən asılı olacaq.
Həmçinin qeyd olunur ki, ilk danışıqlar hər hansı saziş əldə olunmadan başa çatsa da, bu, birdəfəlik cəhd deyil, davam edən diplomatik prosesin bir hissəsidir.
Məryəm Quliyeva