“Livanda müharibə daha uzun müddət davam edə bilməz” Gündəm

“Livanda müharibə daha uzun müddət davam edə bilməz”

“İsrail İranla paralel olaraq Livana hücum edib, təxminən bir aydan çoxdur davamlı olaraq Livanın cənub ərazilərini, o cümlədən, Beyrutun Hizbullahın nəzarət etdiyi cənub rayonlarını bombalayır. Bir gündə daha çox hədəf də vurduğunu elan edib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.

K.Rövşənoğlu bildirib ki, xüsusilə də İranla atəşkəsdən sonra Livana hücumlar artıb, çünki Avropa ölkələri, İran və ərəb ölkələri atəşkəsin Livana da tətbiq olunmasını istəyir: “Buna görə də Netanyahu hökuməti Livana daha çox zərbə vurmaq və daha çox ərazi işğal etmək üçün hücumları intensivləşib. Lakin hələlik Hizbullahın müqavimətini qıra bilməyib, hava üstünlüyü İsraildə olsa da quruda Hizbullah ciddi müqavimət göstərir. Ehtimal ki, yaxın günlərdə Livanda atəşkəs rejimi təmin olunsun. Ona görə də İsrail daha çox bombardman etməyə çalışır. Amma daha uzun müddət Livanda müharibə davam edə bilməz”.

Röya İsrafilova