12:00
1 393
ABŞ və İran arasında yenidən İslamabadda keçirilməsi gözlənilən yeni danışıqlar raundunun müddəti hələlik müəyyən olunmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan XİN-dəki mənbə Al Jazeera telekanalına məlumat verib.
"ABŞ və İran arasındakı ikinci danışıqlar raundunun müddəti və ya tarixi hələ təyin edilməyib", — deyə telekanalın həmsöhbəti bildirib.
O, həmçinin təsdiqləyib ki, Pakistan tərəfi "ABŞ və İran arasında ikinci danışıqlar raundunun İslamabadda keçirilməsini təklif edib".
Məryəm Quliyeva