“Türkiyə Avropadan asılı deyil”
29 İyun 19:57
29 İyun 19:57
29 İyun 19:29
29 İyun 19:16
15 Aprel 15:23
3 472
İran İslam Respublikasına qarşı ABŞ-ın dəniz blokadası davam edərsə, Tehran Fars və Oman körfəzləri, eləcə də Qırmızı dəniz vasitəsilə ticarət aparılmasına imkan verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı general-leytenant Əli Abdollahi bəyanat verib.
"Əgər təcavüzkar və terrorist Amerika regionda dəniz blokadasının təşkili üzrə qanunsuz hərəkətlərini davam etdirərsə, İranın kommersiya gəmiləri və neft tankerləri üçün təhlükəsizlik təhdidi yaradarsa, ABŞ-ın bu addımları atəşkəs rejiminin pozulmasına səbəb ola bilər. Belə olan halda İran Silahlı Qüvvələri Fars körfəzi, Oman körfəzi və Qırmızı dəniz vasitəsilə ixrac və idxal əməliyyatlarının davam etdirilməsinə yol verməyəcək", — deyə "Mehr" agentliyi onun sözlərini sitat gətirib.
General əlavə edib ki, İran öz suverenliyini və milli maraqlarını qorumaq üçün qətiyyətlə hərəkət edəcək. Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası ölkələr arasındakı atəşkəsi birbaşa təhdid edir.
Məryəm Quliyeva
29 İyun 19:57
1 113
29 İyun 19:29
2 562
29 İyun 19:16
1 344