15 Aprel 23:53
15 Aprel 23:50
10:48
595
“Rusiyanın AZAL təyyarəsinin qəzaya uğramasına görə Azərbaycana kompensasiya ödəyəcəyini bildirməsi, nəhayətdə, belə bir ortaq məxrəcə gəlməsi sevindiricidir. Azərbaycan həmişə, özəlliklə də qonşu dövlətlərlə münasibətlərə üstünlük verib, diqqətlə yanaşıb və heç vaxt bizi qarşı-qarşıya gətirəcək durumların olmasına imkan verməyib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O söyləyib ki, amma təəssüflər olsun ki, bizim təyyarəmizin Qroznı üzərində vurulması, onun nəticələri, çoxsaylı insan tələfatı, bizə dəyən maddi zərər bütün bunlar Rusiya ilə Azərbaycan arasında gərginliyə səbəb olmuşdu və Azərbaycan tərəfi hətta Rusiyanın vəziyyətdən çıxması üçün əl yeri də qoymuşdu: “Yəni dövlətimiz çalışırdı ki, Rusiya simasını qoruyaraq bu vəziyyətdən çıxsın. Lakin təəssüflər olsun ki, bəlli bir müddət Rusiya tərəfi dirəniş göstərdi, haqsızlıq etməyə çalışdı və nəhayətdə aparılan danışıqlar, görüşlər ona gətirib çıxardı ki, Rusiya tərəfi reallığı qəbul etdi və anladı ki, Azərbaycanla məhz bu cür anlaşmaq lazımdır”.
A.Həsrət vurğulayıb ki, Azərbaycan həmişə anlaşmaya açıq olub, bundan sonra da olacaq: “Düşünürəm ki, Rusiyanın timsalında başqa dövlətlər də bu örnəkdən yaxşı mənada istifadə etsinlər. Çünki biz gərginlik, qarşıdurma istəmirik. Bizim məqsədimiz iş birliyidir, yaxın qonşuluq münasibətləridir və bunları zədələyəcək durumların olmamasıdır”.
Röya İsrafilova
10:44
1 099
15 Aprel 23:53
1 414
15 Aprel 23:50
1 372