08:06
616
Hörmüz boğazının yenidən bağlanması danışıqlar prosesinə əlbəttə ki, ciddi zərbə vurur, amma eyni zamanda tərəflər diplomatiyanı dayandırması. Baş verənlərə gəldikdə isə, təzyiq mexanizmləri əlbəttə ki diplomatik danışıqlar prosesində üstünlüyü əldə etmək məqsədi daşıyır. Bu siyasi manevrdir və hər iki tərəf bundan istifadə edir və hesab edirəm ki, Hörmüzün yenidən bağlanması danışıqlar prosesində vəziyyətə təsir mexanizmi olaraq həyata keçirilir.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
O qeyd edib ki, həm təzyiq, həm danışıqlar paralel şəkildə aparılır: "Əslində İran, boğazı ABŞ-ın liman blokadasına cavab olaraq bağlayıb və bəzi tanker gəmilərinə atəş açaraq tam bağlanma xəbərdarlığı verib. İranın bu addımı cəmi bir gün əvvəl əldə edilmiş qismən genişlənməkdə olan münasibətləri və atəşkəs mühitini yenidən gərginləşdirir. İran tərəfi aç-bağla strategiyası ilə, ABŞ-a qarşı əsas təzyiq aləti kimi istifadə etməyə başlayıb və bu enerji bazarında sabitliyin pozulmasına səbəb olub.
Bu baxımdan ABŞ tərəfi danışıqlar prosesinin davam etməsində daha çox maraqlıdır və Pakistanda, İslamabadda ABŞ nümayəndə heyəti yeni danışıqlara hazırlaşırlar. İran bu görüşə tam razılıq verməyib.
Ortada ziddiyyətli məqamlar var və bu səbəbdən irəliləyiş çox zəif ehtimallar arasındadır. Belə bir vəziyyətdə ABŞ İrana qarşı, xüsusilə də İranın şəhər infrastrukturuna zərbələr endirmək üçün əməliyyatlara başlamaq istəyir. İran isə Hörmüz boğazını bağlamaqla qlobal iqtisadiyyata təzyiq edir.
Bu baxımdan hesab edirəm ki, danışıqlar, şantaj və təhdid üçbucağında davam edəcək və bu da öz növbəsində etimadsızlıq və ziddiyyətli şərtləri daha da artırır. Bu da ümumi sülh paketinin qurulması istiqamətində vəziyyəti ağırlaşdırır. Belə olan halda neftin qiyməti dünya bazarında daha da artaraq yeni inflyasiya dalğasının yaranmasına səbəb ola bilər.
Xüsusilə də Asya və Avropa üçün risk yaradır və bu vəziyyət danışıqlar prosesinin aparılmasını bu səbəbdən məcburi edir və tərəflər kompromisə getməyə məcbur qalırlar".
Cavid
08:10
609
18 Aprel 13:08
3 290
18 Aprel 13:03
3 178