14:44
511
Slovakiyanın Baş naziri Robert Fiko Macarıstan parlament seçkilərinin qalibi Peter Magyar ilə Drujba boru kəməri vasitəsilə neft tədarükünün dayandırılması ilə bağlı yeni Macarıstan rəhbərliyinin mövqeyini müzakirə etdi.
Xalqcebhesi.az xəbər verir ki, Fiko bu barədə Facebook-da məlumat paylaşıb.
"Bir neçə dəqiqə əvvəl Macarıstan seçkilərinin qalibi cənab Peter Magyarla telefon danışığım oldu", - baş nazir yazıb. "Peter Magyarla telefon danışığımın əsas məqsədi Drujba neft kəmərinin bərpası ilə bağlı yeni Macarıstan siyasi rəhbərliyinin mövqeyini aydınlaşdırmaq idi".
Fiko yazıb ki, Magyar hələ rəsmi olaraq Macarıstan hökumətinin başçısı təyin olunmadığı üçün sualları "ümumi şəkildə" cavablandırıb.
27 yanvarda Ukrayna Drujba boru kəməri ilə Slovakiya və Macarıstana neft nəqlini dayandırdı. Daha sonra Slovakiya hökuməti respublikada neft böhranı elan etdi və cavab olaraq Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırdı.
Məryəm Quliyeva