16:08
651
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda, hazırlanan hava reydləri barədə xəbərdarlıqdan sonra sakinlərin tərk etdiyi yeddi yaşayış məntəqəsindəki yerüstü hədəflərə hücum edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Litani çayından şimalda yerləşən Kfar-Tibnit və Meyfadun kəndlərində güclü partlayışlar baş verib.
Bundan əvvəl İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi Avixay Edri yerli əhalidən aviabaşlanğıclardan öncə təcili olaraq təhlükəsiz bölgələrə təxliyə olunmağı tələb etmişdi. Hərbi nümayəndə "X" platformasında ərəb dilində yerləşdirdiyi bəyanatda bildirib:
"Biz terrorçu 'Hizbullah' təşkilatı tərəfindən atəşkəsin pozulmasına qətiyyətlə reaksiya verməyə məcburuq, lakin mülki şəxslərə hər hansı zərər yetirmək istəmirik."
Edri Arnun, Zautar əl-Qarbiya, Zautar əş-Şərkiyə, Kfar-Tibnit, Meyfadun, Şoukin və Yaxmur kəndlərinin sakinlərinə "dərhal evlərini tərk etməyi və zərbə endiriləcək ərazilərdən ən azı bir kilometr uzaqlaşmağı" tövsiyə edib.
Bazar günü gecə saatlarında İsrail aviasiyası Cənubi Livanda "Hizbullah"ın dayaq məntəqələrini intensiv bombardman edib. Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
Məryəm Quliyeva