15:06
651
İran Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək və üçüncü ölkələrin bu boğazdan sui-istifadə etməsinə daha imkan verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei bəyanat verib.
"İran Fars körfəzi regionunun təhlükəsizliyini təmin edəcək və düşmənin bu su yolunda törətdiyi sui-istifadə hallarına son qoyacaq", — deyə Xamenei İslam Respublikasında qeyd olunan Fars körfəzi günü münasibətilə müraciətində bildirib.
O qeyd edib ki, Hörmüz boğazındakı yeni nizam regionun bütün ölkələrinə fayda gətirəcək.
Məryəm Quliyeva