121 nömrəli məktəbdə baş verən qida zəhərlənməsi ilə bağlı laborator nəticələr açıqlandı
Heqset: "İran Amerika gəmilərinə toxunsa, sarsıdıcı cavab alacaq"
İsrail ABŞ ilə koordinasiyalı şəkildə İrana yenidən zərbə endirə bilər
ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO
13:00
1 456
İraq may ayında yüklənəcək xam neft üçün əhəmiyyətli endirimlər təklif edir, lakin alıcılar regionda hərbi əməliyyatların kəskinləşməsi fonunda tankerlərin Hörmüz boğazından keçməsi riski ilə üzləşirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İraqın dövlət neft marketinqi şirkəti olan SOMO-nun bildirişinə istinadən məlumat yayıb.
Bloomberg-in əldə etdiyi 3 may tarixli sənədə əsasən, SOMO 1–10 may tarixlərində yüklənəcək Basrah Medium markalı neftin hər barreli üçün 33,40 dollara qədər endirim təklif edir. Ayın sonuna doğru bu endirim 26 dollara qədər azalır. Basrah Heavy markalı neft isə rəsmi kotirovkalardan 30 dollar aşağı qiymətə təklif olunur.
Bildirişdə xüsusi olaraq vurğulanır ki, "bu təklif artıq bütün tərəflərə məlum olan müstəsna şəraitdə verildiyi üçün, fors-major halları bu təklifə şamil edilmir".
Bloomberg qeyd edir ki, fevralın sonunda hərbi əməliyyatlar başlayandan bəri Hörmüz boğazı praktiki olaraq keçilməz olaraq qalır. ABŞ və İran arasındakı yeni zorakılıq dalğası dörd həftəlik atəşkəsi sual altına qoyub. Agentlik əlavə edir ki, aprel ayında Bəsrədə yükləmə həcmləri kəskin şəkildə azalıb, çünki tankerlər Fars körfəzinə daxil olmaqda çətinlik çəkirlər.
Məryəm Quliyeva