Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır
“Türkiyədə müəyyən dairələrin Azərbaycana münasibətdə qeyri-adekvat davranışı qəbul edilməzdir”
ABŞ və Qərb ölkələri Livanı İsrail-İran münaqişəsinə müdaxilə etməməyə çağırıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb
“Fransada baş verənlər Makron hakimiyyətinin siyasi və sosial böhranının göstəricisidir”
7 May 11:05
1 680
“Milli təhsil modeli müasir biliklərlə milli dəyərlərin sintezi üzərində qurulmalıdır. Bu yanaşmanın əsaslarını isə bizim maarifçi ziyalılarımız illər əvvəl formalaşdırıblar”.
Bunu təhsil eksperti Elmin Nuri “Xalqcebhesi.az”a açıqlamasında deyib.
Ekspert bildirib ki, milli dəyərlərlə müasir təhsil modelinin inteqrasiyası məsələsində Azərbaycan maarifçilik məktəbinin zəngin irsi mövcuddur:
“Bu düstur Mirzə Fətəli Axundovun yaradıcılığında da var, Cəlil Məmmədquluzadədə də, Həsən bəy Zərdabinin fəaliyyətində də açıq görünür. Xüsusilə Əkinçi qəzetinin səhifələrində məktəb, müəllim və maarifçiliklə bağlı çox mühüm yanaşmalar yer alıb. Eyni fikirləri Üzeyir Hacıbəylinin təhsillə bağlı məqalələrində də görmək mümkündür”.
Elmin Nurinin sözlərinə görə, həmin düsturların müasir dövrün tələblərinə uyğun tətbiqi mühüm nəticələr verə bilər:
“Biz o baxışları bugünkü tətbiq mexanizmlərinə uyğunlaşdıra bilsək, çox ciddi nailiyyətlər əldə edərik. Xarici ölkələrin təcrübəsini misal gətirmək mümkündür. Finlandiyanın və digər dövlətlərin təhsil modelləri haqqında danışmaq olar. Amma bizim öz milli maarifçilik məktəbimiz kifayət qədər zəngin və praktik əsaslara malikdir”.
Günel Elxan