“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
7 May 13:37
1 512
Pakistan, ABŞ-ın dəniz blokadasının nəticələrinin öhdəsindən gəlməkdə İrana kömək edərək, yük daşımalarının həyata keçirilməsi üçün öz limanlarını, terminallarını və nəqliyyat dəhlizlərini açıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda-Hüseyn Maleki məlumat verib.
İran parlamentinin (Məclis) mətbuat xidməti onun bu sözlərini sitat gətirir:
"Amerikalılar elə hesab edirlər ki, hərbi mövcudluğunu gücləndirməklə tədarük yollarımızı kəsmək və ölkə iqtisadiyyatını iflic etmək üçün sahillərimizi və Hörmüz boğazını mühasirəyə alıblar. Lakin bu hərəkətlərə cavab olaraq Pakistan hökuməti strateji bir addım çərçivəsində limanlar, dəniz marşrutları və quru terminalları da daxil olmaqla, altı həyati əhəmiyyətli ticarət dəhlizinin İran üçün açılması barədə göstəriş verib."
Onun sözlərinə görə, İslamabad İrana Qasım, Kəraçi və Qvadar limanlarından istifadə etməyə icazə verib ki, bu limanlar faktiki olaraq Tehran üçün əvvəllər İran gəmiləri tərəfindən istifadə edilən BƏƏ-dəki Cəbəl-Əli limanını əvəz edib.
Məryəm Quliyeva
8 May 19:52
1 407
8 May 19:19
1 645
8 May 18:29
1 463