ABŞ və Böyük Britaniya Hörmüz boğazının açılmasını müzakirə ediblər Gündəm

ABŞ və Böyük Britaniya Hörmüz boğazının açılmasını müzakirə ediblər

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper arasında keçirilən danışıqların əsas mövzusu Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpası olub. Görüş regiondakı dəniz yollarının mühafizəsi üzrə mühüm beynəlxalq müşavirə ərəfəsində baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Bu müzakirələr, hərbi əməliyyatların başa çatmasından sonra boğazda gələcək təhlükəsizlik tədbirlərini hazırlamaq məqsədilə bu gün keçirilməsi planlaşdırılan və təxminən 40 müdafiə nazirinin qatılacağı görüş fonunda reallaşır.

Böyük Britaniyanın müdafiə naziri Con Hili və fransalı həmkarı Katrin Votren sessiyaya həmsədrlik edəcəklər. Gözlənilir ki, koalisiya tərəfdaşları kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etməyə yönəlmiş gələcək müdafiə xarakterli dəniz missiyasına öz hərbi töhfələri ilə bağlı təkliflərini təqdim edəcəklər.

Məryəm Quliyeva