Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb
İsrail "Hizbullah"a qarşı yeni zərbələr dalğasına başlayıb
Kaunas: ABŞ hərbçilərinin Avropaya gəlişinin ləğvi müvəqqəti qərardır
DMX: Ötən ay 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib
“Bu cür münasibətlər türk dünyasının inteqrasiyasına əlavə güc qatır”
11:41
406
“İsraildə hakim koalisiyanın Knessetin buraxılması ilə bağlı qanun layihəsi təqdim etməsi ölkənin həm daxili siyasi balansına, həm də regional siyasətinə ciddi təsir göstərə biləcək prosesin başlanğıcı hesab olunur. Hazırda bu addımın əsas səbəbi ultraortodoks partiyalarla Netanyahu hökuməti arasında hərbi xidmət məsələsi üzərində yaranmış böhrandır. Koalisiya seçki tarixini özü müəyyənləşdirmək və siyasi təşəbbüsü itirməmək üçün parlamentin buraxılması prosesini nəzarətdə saxlamağa çalışır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib.
O söyləyib ki, burada diqqət çəkən əsas məqam odur ki, bu addım sıradan texniki parlament proseduru deyil: “Bu, əslində, İsrailin son illərdə davam edən siyasi qeyri-sabitliyinin yeni mərhələsidir. 2019–2022-ci illərdə İsraildə ardıcıl seçkilər və hökumət böhranları yaşanmışdı. İndi isə Qəzza müharibəsi, İranla gərginlik, Livan cəbhəsi və daxili sosial parçalanma fonunda yeni seçki ehtimalı regional siyasətə birbaşa təsir edə bilər. Bununla yanaşı, İsrailin strateji təhlükəsizlik doktrinasında köklü dəyişiklik gözlənilmir. Çünki İsrail dövlət siyasətində İranın qarşısının alınması, regional hərbi üstünlüyün qorunması və ABŞ ilə strateji ittifaq kimi məsələlər hökumətlər dəyişsə də sabit qalır. Dəyişə biləcək əsas məsələ bu strategiyanın tətbiq üsulu və siyasi ritorikadır”.
Ekspert əlavə edib ki, Knessetin buraxılması ehtimalı İsrailin regional siyasətini qısamüddətli perspektivdə daha qeyri-müəyyən və daxilə fokuslanmış vəziyyətə gətirə bilər: “Lakin uzunmüddətli strateji xəttin dəyişməsi yalnız yeni seçkilərin nəticəsi və formalaşacaq koalisiyanın ideoloji tərkibindən asılı olacaq. Hazırkı mərhələdə isə İsrail daxilindəki siyasi böhran Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirir”.
Röya İsrafilova