Rubio Çin ordusunu dünyanın ikinci ən güclü ordusu adlandırıb Gündəm

Rubio Çin ordusunu dünyanın ikinci ən güclü ordusu adlandırıb

Çin son onillikdə öz ordusunun qüdrətini görünməmiş templərlə artırır və nəticədə hazırda o, dünyanın ikinci ən güclü ordusudur.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

"Çin ordusunun gücünün son on ildəki artım sürəti görünməmişdir. Onun necə sürətlə möhkəmləndiyini və nə qədər böyük olduğunu görməzdən gəlmək çətindir. Onlar şübhəsiz ki, dünyanın ikinci ən güclü ordusudur", — deyə o, "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.

Rubionun sözlərinə görə, Çin hakimiyyətinin "nəticə etibarilə ABŞ-ın etdiyi kimi, bütün dünyada güc nümayiş etdirmək imkanına malik olmaq ambisiyaları var".

Məryəm Quliyeva