13:16
560
Pakistan, hər iki tərəfin öz tələblərini artırmasına baxmayaraq, İran və ABŞ arasında müvəqqəti razılaşmanın əldə olunması perspektivlərini nikbin qiymətləndirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan mənşəli mənbəyə istinadən Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
"İslamabad Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmaların əldə olunması imkanlarına hələ də nikbinliklə baxır", — deyə telekanal öz həmsöhbətinin sözlərini sitat gətirib. Bununla belə, mənbənin qeyd etdiyi kimi, "Amerika və İran uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı öz tələblərinin rəsmi çərçivəsini daha da yüksəltmək əzmindədirlər".
Məryəm Quliyeva