İran XİN: Tehran və Vaşinqton yaxın vaxtlarda saziş imzalamayacaq Gündəm

İran XİN: Tehran və Vaşinqton yaxın vaxtlarda saziş imzalamayacaq

İran və ABŞ hələlik yekun sülh müqaviləsini imzalamaqdan uzaqdırlar, lakin bununla eyni vaxtda tərəflər əksər məsələlər üzrə razılıq əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

"Müzakirə olunan məsələlərin əksəriyyəti üzrə razılığın əldə olunması doğrudur, lakin bunun yaxın vaxtlarda atəşkəsin imzalanması mənasına gəldiyini heç kim iddia edə bilməz", — deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirir.

Bəqainin sözlərinə görə, ABŞ-nin mövqeyinin tez-tez dəyişməsi danışıqlar prosesini çətinləşdirir.

Məryəm Quliyeva