“Tayvana təzyiqlər daha da artacaq” Gündəm

“Tayvana təzyiqlər daha da artacaq”

“Çin lideri ardıcıl olaraq iki böyük ölkənin lideri ilə görüşdü və hər iki görüşdə qəti şəkildə Tayvan məsələsini qoydu. Hətta ABŞ Prezidenti ilə görüşəndə bu məsələdə ABŞ ilə müharibəyə qədər gedə biləcəyini qəti şəkildə söylədi. Həmin görüşdən sonra həm Tramp, həm də Putin Çin liderinə dəstək verdi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov söyləyib.

Politoloq qeyd edib ki, hətta Tramp “Tayvan müstəqillik barədə bəyanatlar verməməlidir” dedi, qəti şəkildə onun müstəqilliyinin əleyhinə olduğunu söylədi, baxmayaraq ki, indiyə qədər ABŞ prezidentləri vahid Çin dövlətinin mövcudluğunu dəstəkləsələr də, bəyan etsələr də Tayvan əleyhinə bu cür kəskin bəyanatlar verməmişdilər: “Eyni zamanda, Tayvana silah satılmasını da dayandırmaq qərarına gəldi. Putin də eyni şeyə dəstək verdi və Çinin həmin görüşlərdən sonra Tayvana təzyiqi artırması tamamilə normaldır. Çin Tayvanı birləşdirmək məsələsində geri çəkilmək fikrində deyil və bu, Çin diplomatiyasının daha qəti addımlara keçdiyini göstərir. Çox güman ki, bu proses bundan sonra da davam edəcək və Tayvana təzyiqlər daha da artacaq”.

Röya İsrafilova