İran və ABŞ sülh müqaviləsinə bir bənd daxil etmək istəyirlər Gündəm

İran və ABŞ sülh müqaviləsinə bir bənd daxil etmək istəyirlər

İran və ABŞ arasında danışıqlar aparılan atəşkəs müqaviləsinə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə dəstəklənməsini tələb edən bənd daxil ola bilər.

Xalqcebhesi.az "RİA Novosti"ə istinadən xəbər verir ki, bunu brifinq zamanı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bəyan edib.

"14 bənd yalnız əsas maddələri nəzərdə tutur ki, onların arasında belə bir müddəa var: əgər razılaşma əldə olunarsa, hüquqi müdafiəyə malik olması üçün o, BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını almalıdır", — deyə Baqai bildirib.

Bununla belə, o əlavə edib ki, İran tərəfi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin bu sazişin icrasına tam təminat verəcəyini hesab etmir, çünki Tehranın artıq belə bir təcrübəsi olub.

Məryəm Quliyeva