12:08
1 148
İstefa verən MOSSAD rəhbəri David Barnea bəyan edib ki, İsrail İrandakı hakim sistemin devrilməsi ideyasına sadiq qalmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayır.
Vəzifəsindən ayrılması münasibətilə keçirilən mərasimdə çıxış edən Barnea qeyd edib ki, İslam Respublikası son müharibədən sonra özünün ən zəif dövrünü yaşayır və İsrail "işi sona çatdırmalıdır".
"Mən inanırdım və inanmaqda davam edirəm ki, rejimi devirməklə İrandakı reallığı dəyişdirmək mümkün və əlçatan bir hədəfdir", — deyə Barnea bildirib.
O əlavə edib ki, bu məqsədə nail olmaq üçün "israr, soyuqqanlılıq və missiyaya sadiqlik" tələb olunacaq.
"Bu vəzifə bizim əsas prioritetimiz olaraq qalmalıdır", — deyə o vurğulayıb.
Məryəm Quliyeva