14:38
945
Şimali Atlantika Alyansı (NATO), Rumıniyada pilotsuz uçuş aparatının (PUA) yaşayış binasının damına düşməsi insidentindən sonra Avropanın şərq cinahına daha çox qüvvə göndərmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, italyan admiral Cüzeppe Kavo Draqone bəyan edib.
Şərqə əlavə qüvvələrin göndərilməsi planları və Rumıniyadakı hadisəyə bənzər insidentlər zamanı alyansın öz üzvlərinin ərazisinin "hər bir qarışını" qorumaq öhdəliyi barədə suala cavab olaraq admiral "Al Arabiya" telekanalına müsahibəsində bildirib: "NATO artıq şərq cinahını gücləndirmək üçün addımlar atır. Bəli, biz bunu təşkil edirik".
Admiral əlavə edib ki, alyans "Baltik dənizindən Qara dənizə qədər hər şeyi birləşdirəcək" bir sxem yaratmaq niyyətindədir. O, söhbətin konkret olaraq hansı qüvvələrdən getdiyini dəqiqləşdirməyib və nəzərdə tutulan sxem barədə təfərrüatları açıqlamayıb. Draqone, dəqiq nəyin nəzərdə tutulduğunu izah etmədən, NATO-nun "ən yaxşı əks-tədbir vasitələrini araşdırdığını və tətbiq etdiyini" qeyd edib.
Məryəm Quliyeva