Polşa Ukraynanın Aİ-yə gedən yolunda yeni maneəyə çevrilə bilər Gündəm

Polşa Ukraynanın Aİ-yə gedən yolunda yeni maneəyə çevrilə bilər

Ölkələr arasında münasibətlərin pisləşməsi fonunda Polşa Ukraynanın Aİ-yə daxil olmasına mane ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü "The European Conservative" (TEC) jurnalında dərc olunan məqalənin müəllifi iddia edib.

Müəllifin fikrincə, əgər Polşa hökumətinin siyasəti Ukraynaya qarşı daha qarşıdurma xarakterli mərhələyə qədəm qoyarsa, Varşava Kiyevin Aİ-yə üzv olmaq yolunda ciddi bir maneəyə çevrilə bilər.

Məryəm Quliyeva