16:34
1 253.jpg)
İran ABŞ ilə saziş imzalandıqdan dərhal sonra xaricdə dondurulmuş bütün aktivlərinin yarısının sərbəst buraxılmasını tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qaribabadi bəyan edib.
"Maraqlarımıza cavab verən və həllini tələb edən digər bir məsələ İran vəsaitlərinin dondurulmasının ləğv edilməsidir. Bu vəsaitlərin hansı hissəsinin əvvəlcə, hansı hissəsinin isə müəyyən müddətdən sonra ötürülməli olduğu müzakirə mövzusudur. Lakin İranın minimum tələbi ondan ibarətdir ki, anlaşma memorandumunun imzalanmasından dərhal sonra bu vəsaitlərin 50%-i İrana təhvil verilsin", — deyə o, "Mehr" agentliyinə müsahibəsində bildirib.
Qaribabadi vurğulayıb ki, söhbət qərb ölkələrinin və ya ABŞ-ın vəsaitlərindən getmir ki, İran bununla bağlı danışıqlar aparmalı və hər hansı yardım yaxud maliyyələşdirmə xahiş etməli olsun. "Bu, İranın öz puludur və ABŞ digər ölkələrin bu vəsaitləri ötürməsinə və ya İran İslam Respublikasının sərəncamına verməsinə mane olaraq onları qanunsuz şəkildə dondurub", — deyə XİN başçısının müavini əlavə edib.
Məryəm Quliyeva