11:22
742
“Vaşinqtonda imzalanan çərçivə sazişi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin yenidən aktuallaşması və 8 avqust 2025-ci ildə keçirilən üçtərəfli sammit əslində Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların nəticəsidir”.
Bu fikirləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişib:
“Əgər Azərbaycan bu qətiyyətli addımları atmasaydı, bu gün də bölgədə qeyri-müəyyənlik hökm sürə bilərdi. Ermənistan uzun müddət sülh danışıqlarını uzatmağa, prosesi nəticəsiz saxlamağa çalışırdı. Azərbaycan isə vəziyyəti düzgün qiymətləndirərək lazımi addımları atdı və bununla da bölgədə yeni reallıq formalaşdırdı. Əslində regiona sülhü gətirən və köhnə status-kvonu dəyişən məhz Azərbaycan oldu.
İllərlə dəyişməz hesab edilən vəziyyət Azərbaycan tərəfindən aradan qaldırıldı.
30 ilə yaxın erməni tərəfi və onu dəstəkləyən qüvvələr bildirirdilər ki, status-kvo dəyişməyəcək. Lakin Azərbaycan bunun əksini sübut etdi. Bu gün artıq Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında yeni inteqrasiya imkanları yaranıb. Mövcud proseslər regionun inkişafına və əməkdaşlığın genişlənməsinə xidmət edir”.
Tofiq Abbasovun fikrincə, bəzi xarici qüvvələr bu dəyişikliklərdən narahatdır:
“Çünki onlar uzun illər münaqişələrin davam etməsindən faydalanaraq proseslərə təsir göstərməyə çalışırdılar. Azərbaycan isə bu yanaşmaya son qoydu. Biz qarşıdurma deyil, əməkdaşlıq və imkanlar üzərində qurulan inkişaf modelini təklif edirik. Bu modelin böyük qurucu potensialı var”.
Politoloq Ermənistanın son dövrlərdə özünü regionun əsas kommunikasiya mərkəzi kimi təqdim etməyə çalışdığını da qeyd edib:
“İrəvan müxtəlif təşəbbüsləri öz uğuru kimi təqdim etməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, bu gün müzakirə olunan layihələrin və yeni geosiyasi vəziyyətin əsasını Azərbaycanın əldə etdiyi uğurlar təşkil edir. Ermənistanın səsləndirdiyi bəzi tezislər daha çox siyasi ritorikadır və proseslərin mahiyyətini dəyişmir”.
Günel Elxan
5 İyun 18:36
1 120
5 İyun 16:35
1 372
5 İyun 15:55
1 246