"ABŞ İran ilə müharibənin ikinci dalğasına hazırlaşır" Gündəm

"ABŞ İran ilə müharibənin ikinci dalğasına hazırlaşır"

Fikir verirdinizsə İran- ABŞ, İsrail müharibəsi başlamadan öncə də ABŞ Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanmasını istəyirdi. Bu olmayacağı təqdirdə isə müvəqqəti atəşkəsin imzalanması üçün çalışırdı. Çoxları bunu ABŞ-ın Ukraynanı tək buraxması kimi başa düşdü. Ancaq bu belə deyildi. ABŞ Ukrayna ilə həmin ərəfədə yeraltı sərvətlərinin istismarı ilə bağlı müqavilə imzalamağı önərirdi. O dövrdə ABŞ-ın eks prezidenti Corc Buşun spikeri olan Mark Tissen belə bir açıqlama ilə çıxış etmişdi: "Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar ilə bağlı saziş Rusiyaya sarsıdıcı zərbədir. Müəyyən mənada ABŞ prezidenti Donald Trampın döyüşlərə son qoymaq üçün danışıqlar apara biləcəyi istənilən sülh sazişindən daha vacibdir. Bu müqavilənin həyata keçirilməsindən sonra Rusiya faktiki olaraq müharibəni uduzacaq".

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

"Tissen həmçinin bildirirdi ki, ABŞ sazişi imzalamaqla Ukrayna ilə ticarətə girəcək və müqavilədə göstərildiyi kimi, Ukraynanın istifadə olunmamış faydalı qazıntılarını və digər təbii sərvətlərini birgə işlətmək üçün Kiyevlə "uzunmüddətli tərəfdaşlıq" bağlayacaq və "sabit və iqtisadi cəhətdən çiçəklənən Ukraynanın inkişafı üçün uzunmüddətli maliyyə öhdəlikləri götürəcək. Bu isə həm də o deməkdir ki, hazırda ABŞ-ın Ukraynanın müstəqilliyinin qorunmasına köməklik etmək üçün böyük maliyyə stimulu vardır" - politoloq deyib.

O bildirib ki, həmin ərəfədə ABŞ əslində İran ilə bağlı addımlar atmağı və Ukrayna cəbhəsində birləşən Rusiya, Çin, İran və Şimali Koreya birgəliyinə zərbə vurmağı düşünürdü. Məlum, Rusiya İranın Şahid dronları və digər silahları ilə təmin olunmağa başlamışdır. Ki, bu da Ukrayna müharibəsində Qərbin planlarına müəyyən mənada əngəl törədirdi. İranı yerində oturtmadan, Çini nələrəsə məcbur etmədən Ukrayna savaşında istənilən nəticəni əldə etmək çətinliyi ortaya çıxa bilərdi:

"ABŞ iki cəbhədə də savaş aparmağın çətinliklərini bilirdi. Odur ki, Ukrayna cəbhəsində hərbi əməliyyatların yükümlülüyünü Avropanın üzərinə qoydu. Düzdür, bu elə görüntü yaratdı ki, ABŞ və Avropa arasında sanki gərginlik var, NATO blokunda yenidən problemlər ortaya çıxır. Ancaq bu belə deyildi. Avropa da, ABŞ da yeni nizamın qurucularıdır və onlar arasında dərin çatların yaranması qeyri mümkündür.

Bu gün ABŞ İran ilə müharibənin ikinci dalğasına hazırlaşır və bunun üçün də Ukrayna Rusiya cəbhəsində Ukraynanın basqın mövqeyini dəstəkləyərək, Rusiya ilə mümkün ola biləcək sülh üçün çalışır. Zelenskinin dili ilə sülh təklifində bulunur. Təsəvvür edirsiniz, ABŞ Dövlət katibi Marko Rubio bu günə qədər Trampın bəyan etdiyi "ABŞ neytral tərəf olaraq vasitəçidir" prinsipinə tamamilə zidd olaraq "ABŞ müharibə tərəfidir və Ukraynanın yanındadır" deyir, son il yarım ərzində Ukraynaya 1 dollar belə ayırmayan ABŞ yenidən hərbi yardımları bərpa etməyə hazırlaşır.

Rusiyanın bu təklifə qarşı çıxacağı gözləniləndir. Rusiya ciddi məğlubiyyət ilə üz-üzə olsa belə, Putin yenə də müharibə deyəcək. Əks təqdirdə bu onun üçün ciddi sorğu sual deməkdir. Əgər məğlubiyyətçi sülh danışıqları və ya müqaviləsi olacaq idisə o zaman bu müharibəyə nə gərək var idi??? Rusiya bu müharibədə bir tək insan itirmir, iqtisadi sanksiyalar, dünyaya çıxışın məhdudlaşdırılması, ölkə daxilində dərinləşən vergi ödənişləri, sosial problemlər, ən ümdəsi isə batan Rusiya... Bütün bunların hamısının müəllifi məhz Putindir.

ABŞ əgər İran məsələsində qarşıya sürülmüş hədəfə varamalıdır və o bu məsələdə israrlıdır. Məsələ Zelenskinin sülh istəməsi, Putinin də buna nə dərəcədə mövqe sərgiləyəcəyi deyil. İran ilə savaş qapıdadır".

Cavid