"Savaş qapıdadır" Gündəm

"Savaş qapıdadır"

İsrail də, ABŞ da qarşıya sürülmüş hədəfə nail olmayıb. Bilirsiniz, İranın 4 yerə bölünməsi məsələsi masadadır. Həm 2025, həm də 2026-cı ildə İrana başlayan hücumlardan öncə ABŞ İran ilə danışıqlara başladı. Sual edirəm o danışıqların nəticəsi necə oldu? Olmadı. Və anidən ABŞ ilə İsrailin İrana məlum birgə hücumları gerçəkləşdi.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

O, qeyd edib ki, hücumlardan sonra da məlum oldu ki, danışıqlar sadəcə imitasiya xarakterli olub, aldadıcı olub. ABŞ da, İsrail də İran ilə bağlı planların növbəti fazasına hazırlaşır və bu müharibə olacaqdır:

"Sual oluna bilər bu ləngiyə bilərmi? Ləngiyə də bilər ləngiməyə də. Ancaq ehtimal böyükdür ki, bu ləngimə olmayacaq. Savaş qapıdadır".

Cavid