16:59
1 274
Bolqarıstan tərəfi Ukrayna ordusuna daha çox silah tədarük etməyi planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən respublikanın müdafiə naziri Dimitar Stoyanov bəyan edib.
"Biz artıq açıq şəkildə bildirmişik ki, Ukraynadakı müharibə döyüş meydanında həll olunmayacaq. Biz mövqe müharibəsi görürük və nə qədər çox silah tədarük edilsə də, bu, yalnız ölənlərin sayının artmasına gətirib çıxaracaq. Danışıqlar masası arxasına əyləşmək, münaqişənin hər iki tərəfi tərəfindən müəyyən edilməli olan ədalətli sülh axtarmaq vaxtıdır. Təbii ki, bu prosesdə Avropa İttifaqının rolu vacibdir, lakin vasitəçi qismində yox, çünki o, bu müharibədə Ukraynaya kömək edirdi", — deyə nazir bildirib.
"Ukraynaya daha çox silah yox, insanlar lazımdır. Onda silah çoxdur, o cümlədən bizim tipli silahlar da var, ona görə də biz Ukraynaya daha çox silah verməyi planlaşdırmırıq", — deyə Stoyanov yekunlaşdırıb.
Məryəm Quliyeva