"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
15 İyun 09:30
2 093
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasını alqışlayıb və tərəflərin qarşıdakı danışıqlarda konstruktiv yanaşma nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Biz bütün tərəflərin qarşıdakı danışıqlarda müsbət və konstruktiv şəkildə iştirak edəcəyini gözləyirik, bu isə əldə olunmuş tərəqqinin möhkəmlənməsinə və inkişafına töhfə verəcək", — deyə Qətər hökumətinin başçısı qeyd edib.
O, həmçinin razılaşmaların əldə olunmasına kömək edən Pakistana və bütün beynəlxalq oyunçulara təşəkkürünü bildirib. "Qətər dialoq və dinc vasitələrlə regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verən bu cür səyləri və hər bir addımı hər zaman dəstəkləyəcək", — deyə Baş nazir vurğulayıb.
Məryəm Quliyeva
28 Sentyabr 15:53
819
28 Sentyabr 14:15
798
28 Sentyabr 13:53
868