Estoniyada yeni prezidentin seçiləcəyi tarix məlum oldu Gündəm

Estoniyada yeni prezidentin seçiləcəyi tarix məlum oldu

Estoniya parlamentinin deputatları respublikanın yeni prezidentini seçmək üçün sentyabrın 2-də növbədənkənar sessiyaya toplaşacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin ERR milli teleradio portalı məlumat yayıb.

Müvafiq qərarı hazırkı dövlət başçısı Alar Karisin təklifi ilə parlamentin spikeri Lauri Hussar qəbul edib.

Baltikyanı respublikanın konstitusiyasına görə, ölkə prezidenti parlament deputatları tərəfindən beş illik müddətə seçilir və ardıcıl olaraq iki müddətdən çox bu vəzifəni tuta bilməz. Namizədin irəli sürülməsi üçün parlament üzvlərinin ən azı beşdə birinin, yəni 21 deputatın dəstəyi lazımdır. Parlamentarilərin ən azı üçdə ikisinin — 101 səsdən ən azı 68-nin dəstəyini qazanan namizəd seçilmiş hesab olunur. Dövlət başçısını üç tur ərzində parlamentdə seçmək mümkün olmasa, qərarı Seçicilər Kollegiyası qəbul edəcək.

Məryəm Quliyeva