14:29
672
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Böyük Mançester qraflığının meri Endi Bernemin İcmalar Palatasına (Britaniya parlamentinin aşağı palatası) keçirilən təkrar seçkilərdə qalib gəlməsindən sonra könüllü olaraq istefa verməyəcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, "Əgər hakim Leyboristlər Partiyasının lideri postu uğrunda mübarizə olarsa, mən orada iştirak edəcəyəm. Namizədliyimi irəli sürəcəyəm. Dəfələrlə demişəm ki, bundan imtina etmək niyyətim yoxdur", - deyə Starmer jurnalistlərlə söhbəti zamanı bildirib.
İngiltərənin şimalındakı Meykerfild seçki dairəsində İcmalar Palatasına təkrar seçkilər iyunun 18-də baş tutub. Seçkilərdə Bernem qalib gəlib. Hesab olunur ki, o, indi Leyboristlər Partiyasının sol cinahının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxuya bilər.
Leyboristlərin liderinin dəyişdirilməsi proseduruna başlamaq üçün Bernem fraksiya üzvlərinin 20%-nin (hazırda 81 deputat) dəstəyini qazanmalıdır. Bundan sonra partiya üzvləri üstünlük verdikləri namizədə səs verirlər. Daxili partiya mübarizəsində qalib gələcəyi təqdirdə Bernem avtomatik olaraq Baş nazir olacaq, çünki leyboristlər hazırda hakimiyyətdədir. Hazırda Leyboristlər Partiyasından olan təxminən 100 İcmalar Palatası deputatı açıq şəkildə Starmerin getməsini tələb edib.
Leyboristlərin lideri postunu yalnız parlament üzvü tuta bilər. Məhz bu səbəbdən Bernem Leyboristlər Partiyasının liderinin və nəticədə ölkənin Baş nazirinin dəyişdirilməsi proseduruna başlaya bilmək üçün ilk növbədə İcmalar Palatasına seçilmək məcburiyyətində qalmışdı.
Məryəm Quliyeva