“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilir - FOTO
“ABŞ və Çin arasında geosiyasi və texnoloji rəqabət davam edir”
09:39
1 043
Ukrayna "Patriot" HHM (Hava Hücumundan Müdafiə) sistemləri üçün raket istehsal etmək üçün bütün texniki imkanlara malikdir, sadəcə ABŞ-ın lisenziyası lazımdır.
Xalqcebhesi.az xəbər verir ki,bunu dövlət başçısı Volodimir Zelenski telemarafonun efirində bəyan edib.
Onun sözlərinə görə, Ağ Ev bu məsələni "dərk edir" və onu həll etməyə hazırdır. Ukrayna prezidenti xatırladıb ki, ABŞ raketlərin istehsalı üçün lisenziyanı artıq mərmilər hazırlayan Almaniyaya verib. O əmin edib ki, Ukrayna da Almaniya kimi müvafiq imkanlara sahibdir.
"Biz elə bir nöqtəyə çatmışıq ki, indi bizə lazım olan tək şey şəxsən Trampdan "razılıq"dır. Qalanları da bununla razıdır", - deyə Zelenski bildirib.
Məryəm Quliyeva