Pezəşkian XİN başçısı ilə birlikdə Pakistana gəlib Gündəm

Pezəşkian XİN başçısı ilə birlikdə Pakistana gəlib

İran Prezidenti Məsud Pezəşkian, ölkənin xarici işlər naziri Abbas Əraqçinin müşayiəti ilə birgünlük rəsmi səfərlə Pakistana gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "PTV" telekanalı məlumat yayıb.

İran nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi "Nur Xan" aviabazasında baş tutub. Mərasimdə Pakistan Prezidenti Asif Əli Zərdari, respublikanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar iştirak ediblər.

Səfər proqramına Tehran və İslamabad arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin ABŞ-İran münaqişəsinin nizamlanmasında Pakistanın vasitəçilik səyləri çərçivəsində məsləhətləşmələr daxildir.

Məryəm Quliyeva